Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft91.30 $▼1.23%
  • WTI neft85.30 $▼1.55%
  • Avropa qazı (TTF)87.22 €▲2.67%
  • Təbii qaz (ABŞ)3.267 $▼0.73%
  • Qızıl3 979 $▼1.85%
  • Gümüş51.38 $▼2.17%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda601.75 ¢▲1.30%
  • Bitcoin73 684 $▼0.33%
  • Ethereum2 050 $▼0.21%
  • S&P 5007 619▲1.29%
8°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Dünya

Ermənistanda dövlət büdcəsində müdafiə xərcləri artırılıb

image-47263a48-a353-3521-b363-7cd7b700e3f6_850jpg-1733305519
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistan parlamenti gələn ilin dövlət büdcəsini təsdiqləyib.

Busaat.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, qanun layihəsini 61 deputat dəstəkləyib, 30 deputat (əsasən müxalifət nümayəndələri) isə onun əleyhinə səs verib, bitərəf qalan olmayıb.

Büdcənin ümumi xərcləri 3,42 trilyon dram (7,8 milyard ABŞ dolları) təşkil edəcək ki, bu da cari ilin səviyyəsindən 13 % çoxdur.

Yeni büdcə layihəsinə əsasən, müdafiə xərcləri 20 % artaraq 665 milyard dram (1,713 milyard ABŞ dolları) həcmində olacaq. Daxili İşlər Nazirliyinin xərcləri 15 % artaraq 105 milyard dram (270 milyon ABŞ dolları), Maliyyə Nazirliyinin xərcləri isə 13 % artaraq 399,4 milyard dram (1,029 milyard ABŞ dolları) təşkil edəcək.

Büdcənin bəzi maddələri üzrə kəsilmələr olacaq. Belə ki, səhiyyə xərcləri 3 % azalaraq 163 milyard dram (420 milyon ABŞ dolları) təşkil edəcək. Bu, əsasən, ümumi tibbi sığorta çərçivəsində bir sıra proqramların başa çatması ilə bağlıdır.

2025-ci ilin sonuna qədər dövlət borcunun proqnozlaşdırılan həcmi 877 milyard dram artaraq təqribən 6 trilyon dram (təxminən 14 milyard ABŞ dolları) təşkil edəcək. ÜDM-ə münasibətdə dövlət borcu 49,8 %-dən 53,5 %-ə yüksələcək. Borca xidmət xərcləri 14 % artaraq 394,1 milyard drama (1,015 milyard ABŞ dolları) çatacaq.

Büdcə gəlirləri isə 2,87 trilyon dram (təxminən 7,4 milyard ABŞ dolları) səviyyəsində planlaşdırılır. Bu, 2024-cü il üçün gözlənilən rəqəmdən 11 % çoxdur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=154722