Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 340 $▼1.29%
  • Ethereum1 911 $▼0.84%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Son dəqiqə

Üç rayonun Təhsil Şöbəsinə yeni müdirlər TƏYİN OLUNDU - RƏSMİ

image-1733231823_1747d412_2465_3962_b545_54f51c9f0498_850_1733235398-full
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Təhsil Nazirliyinə və rayon Təhsil Şöbələrinə yeni şöbə və sektor müdirləri təyin olunub.

Busaat.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində vakant vəzifələrin tutulması üçün keçirilən daxili müsahibədə uğur qazanan namizədlər Təhsil Nazirliyinə və rayon Təhsil Şöbələrinə yeni vəzifələrə təyin olunublar.

Belə ki, Elşən Tofiq oğlu Qəbulov Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumitəhsilin idarə edilməsi şöbəsinə şöbə müdiri, Gültəkin Əli qızı Rüstəmli həmin şöbəyə sektor müdiri, Sahil Əkbər oğlu Əlizadə Babək rayon Təhsil Şöbəsinə, Murad Rövşən oğlu Hümbətov Culfa rayon Təhsil Şöbəsinə, Ayaz İdris oğlu Əliyev isə Kəngərli rayon Təhsil Şöbəsinə müdir təyin olunublar.

Qeyd edək ki, Elşən Qəbulov bundan əvvəl Kəngərli rayon Təhsil Şöbəsinin müdiri, Gültəkin Rüstəmli Təhsil Naziriliyi Aparatının Məktəbəqədər və ümumitəhsil sektorunda aparıcı məsləhətçi, Sahil Əlizadə Nazirlik Aparatının Uşaq və gənclərin inkişafı sektorunun baş məsləhətçisi, Ayaz Əliyev həmin sektorda aparıcı məsləhətçi, Murad Hümbətov isə Culfa rayon Təhsil Şöbəsində baş məsləhətçi vəzifələrində çalışıblar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=154643