Zaxarova: Ermənistanın BCM-də iştirakı münasibətlərimizə mənfi təsir edir 

Zaxarova: Ermənistanın BCM-də iştirakı münasibətlərimizə mənfi təsir edir backend

İrəvanın Roma Statutunda iştirakı, Haaqada bir sıra rusiyalı vəzifəli şəxslərin həbsinə “kvazi-orderlər”in verilməsi fonunda Rusiya-Ermənistan münasibətlərinə birbaşa zərər vurur.

Busaat.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Maria Zaxarova “NEWS.ru”nun sualını cavablandırarkən brifinqdə bildirib.

“Əgər Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ilə əməkdaşlığı həqiqətən də hər hansı beynəlxalq hüquq normasının və ya hüquqi normaların gücləndirilməsinə kömək edə bilsəydi, bəlkə də bunu alqışlamaq olardı. Lakin bu saxta məhkəmənin iki onillik iş təcrübəsi bunun əksini göstərir”, – o bildirib.

M.Zaxarova vurğulayıb ki, İrəvan bu məsələdə Moskvanın mövqeyini yaxşı bilir.

Zaxarovanın sözlərinə görə, BCM məşğul olmağa çalışdığı heç bir münaqişəni həll edə bilməyib: “Eyni zamanda, onun xidmət siyahısında beynəlxalq hüququn, ədalət mühakiməsinin əsas standartlarının və sadəcə sağlam düşüncənin birbaşa pozuntularının sayı-hesabı yoxdur. Dəstək və əməkdaşlığa hazırlıq barədə bəyanatlar sadəcə bu qondarma məhkəməni yeni avantüralara həvəsləndirir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki