Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft92.51 $▲0.08%
  • WTI neft86.36 $▼0.32%
  • Avropa qazı (TTF)87.22 €▲2.67%
  • Təbii qaz (ABŞ)3.238 $▼1.61%
  • Qızıl3 992 $▼1.53%
  • Gümüş51.59 $▼1.77%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda600.75 ¢▲1.14%
  • Bitcoin73 651 $▼0.06%
  • Ethereum2 047 $▼0.19%
  • S&P 5007 619▲1.29%
9°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Kriminal

Sabiq icra başçısı: "Onun səsini şəxsən mən yazmışdım" - VİDEO

image-3ab71ac3cd29d172b2335b5faac9f04a_1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

14 il icra başçısı işləmiş Lütvəli Babayev oğlunun zərərçəkmiş kimi tanındığı iş üzrə məhkəmədə ifadə verib.

Busaat.az  xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, keçmiş məmur cinayət işində əsas şahidlərdən biridir.

Cinayət hadisəsi ilə bağlı “Uniklinika”nın baş həkimi Aruz Əliyev və onun dostu Ehtiram Kərimov ittiham olunur. Onların hər ikisi həbsdədir. İstintaq materiallarında qeyd edilir ki, Aruz və Ehtiram tanışları Babəli Babazadəyə məxsus 2 milyon manat dəyərində əmlakı sataraq əldə edilən vəsaiti mənimsəyiblər. Onlar əvvəlcə külli miqdarda vergi borcu olan Babəlini Türkiyəyə göndərib etibarnamə alaraq evini və digər əmlakını satıblar. Təqsirləndirilən şəxslər isə bu ittihamı qəbul etmir, əksinə Babəlinin tüfeyli həyat sürdüyünü və ona vəziyyətdən çıxmaqda kömək etdiklərini bildirirlər.

Lütvəli Babayev bu işdə şahid olsa da, məhkəmədə daha çox zərərçəkmiş kimi danışıb. Onun sözlərinə görə, təqsirləndirilən şəxslər oğlunun etibarından istifadə ediblər. Xüsusilə də Aruz Babəlinin aldadılmasında əsas rol oynayıb. Onun cinayətə aid səs yazısını şəxsən özü yazaraq istintaqa təqdim edib: “Aruz mənim oğlumun həkimi olub, oradan münasibətləri yaranıb. Hətta Babəli onu xəstəxanaya işə düzəldib. Çörək verdiyi adamı bu günə qoymazlar axı… Oğlumun güvənindən sui-istifadə edib. Babəlini Türkiyəyə göndərəndən sonra əmlakını ələ keçiriblər. Sual verirəm, Aruz, mənim oğlumu Türkiyəyə niyə göndərirdin, hansı məqsədlə? Aruzun səs yazısını şəxsən mən yazıb istintaqa vermişəm. Həmin kaset məhkəmədə də var. Oğlumu aldadıb əmlakını ələ keçiriblər. Mən Aruzla düşmənlik etmirəm, sadəcə tələb edirəm ki, əmlakı qaytarsınlar”.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=173012