Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft94.87 $▼0.42%
  • WTI neft87.74 $▼0.68%
  • Avropa qazı (TTF)85.84 €▼5.63%
  • Təbii qaz (ABŞ)3.168 $▲0.32%
  • Qızıl3 875 $▲0.13%
  • Gümüş47.55 $▲0.48%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda591.00 ¢▲0.72%
  • Bitcoin63 926 $▼2.13%
  • Ethereum1 791 $▼2.39%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Sağlamlıq

Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib

image-hesen-huseynov
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

TƏBİB-dən Busaat.az-a verilən məlumata görə, xəstəxananın direktoru vəzifəsi tibb üzrə fəlsəfə doktoru Həsən Hüseynova həvalə olunub.

TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov Həsən Hüseynovu bu gün kollektivə təqdim edib.

Qeyd edək ki, H.Hüseynov 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, 1990-1992-ci illərdə Yaroslavl Dövlət Tibb İnstitutunda klinik ordinaturada təhsil alıb.

H.Hüseynov Naxçıvan Respublika Xəstəxanasında, akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində anestezioloq-reanimatolaq, Mərkəzi Gömrük Hospitalında baş həkim, Bərdə Müalicə Diaqnostika Mərkəzində, Sumqayıt 1 saylı Şəhər Xəstəxanasında direktor vəzifələrində çalışıb.

O, hazırkı təyinatınadək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsində fəaliyyət göstərib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=121407