Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən Busaat.az-a bildirilib ki, məlumatla bağlı Nazirliyin müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar.
İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib.
Kənd sakini, 1956-cı il təvəllüdlü İmanova Bahar Niyaz qızına məxsus, ümumi sahəsi 240 kv. metr olan fərdi yaşayış evində baş verən yanğında ev sahibinin oğlu, 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, gəlini, 2002-ci il təvəllüdlü İmanova Safalı Qorxmaz qızı, nəvələri, 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızı ölüb (apa).
Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.