Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.35 $▼0.99%
  • WTI neft90.37 $▼0.51%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.992 $▼0.20%
  • Qızıl4 115 $▲0.99%
  • Gümüş53.01 $▲2.05%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda589.50 ¢▼0.30%
  • Bitcoin74 789 $▲0.67%
  • Ethereum2 127 $▲0.40%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

Şahbaz Quliyev Bakıda aksiya keçirdi

image-sahbazz
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

7 il Ermənistanda əsirlikdə olan və ötən il Azərbaycana qaytarılan Şahbaz Quliyev bu gün aksiya keçirməyə cəhd edib. 

Busaat.az  xəbər verir ki, bu barədə sosial şəbəkədə videogörüntülər yayılıb. O, əlil kimi pensiya və veteranlıq statusu ala bilmədiyini deyir. Bildirir ki, Məşğulluq Xidmətindən ona aylıq 160 manat maaşla süpürgəçi işi təklif edilib.

Ş. Quliyev həmçinin çox çətin vəziyyətdə yaşadığını bildirib: “Evimin qazını və işığını kəsiblər. 1 manat pulum olmadığından Müşfiq qəsəbəsindən Bakının mərkəzinə piyada gəlmişəm. 1 il yeddi aydır çox çətin vəziyyətdə yaşayıram…”

 

Ş. Quliyevin polis tərəfindən saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparıldığı iddia edilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Şahbaz Quliyev polis bölməsinə dəvət olunub, onu qayğılandıran hallar və xüsusatlar dinlənilib: “Barəsində inzibati icraat və saxlanılması ilə bağlı hər hansı qərar yoxdur, sərbəst buraxılıb”.

Ş. Quliyevin etiraz aksiyasında əlillik dərəcəsi ala bilməməsi ilə bağlı səsləndirdiyi problemlərə gəlincə isə Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq.

Qafqazinfo

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=74295