Sahil Babayev Peter Siyarto ilə görüşüb

image-ap3i9081backend

“Vətən Müharibəsi zamanı Macarıstanın Azərbaycana açıq dəstəyini nümayiş etdirməsi və müharibədən sonra macar şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə qoşulmağa hazırlaşması iki ölkənin dostluq münasibətlərini və iqtisadi əməkdaşlığının inkişafını göstərir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bunu Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, nazir Sahil Babayev ölkəmizdə səfərdə olan Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşündə vurğulayıb.

Görüşdə ölkəmizin işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərinə cəlb olunacaq macar şirkətləri üçün Macarıstanın “EximBank”ı tərəfindən 100 milyon dollar kredit xətti ayrıldığı qeyd edilib.

Həmin ərazilərin minalardan təmizlənməsi işinə Macarıstan tərəfinin 25 min avro qrant ayırdığı bildirilib.

image-ap3i9076 image-ap3i9053

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90