Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 786 $▲1.05%
  • Ethereum1 816 $▲2.68%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Sosial

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası olub

image-foto54
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.

Busaat.az xəbər verir ki, hər üç qurumdan rəhbər vəzifəli şəxslərin iştirak etdiyi iclasda əmək və əhalinin sosial müdafiəsi naziri, Komissiyanın sədri Sahil Babayev son illər həyata keçirilən sosial islahatlar çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində də mühüm işlərin aparıldığını qeyd edib.

Bununla bağlı hazırlanan layihələrin sosial tərəfdaşlarla birgə Üçtərəfli Komissiyanın iclaslarında müzakirə edildiyi, hazırkı iclasda da yeni qanunvericilik layihələrinin müzakirəsinin nəzərdə tutulduğu bildirilib.

İclasda uşaqlı qadınların iş vaxtı müddətinin tənzimlənməsi barədə normaların təkmilləşdirilməsinə dair qanunvericiliyə dəyişiklik layihəsi nəzərdən keçirilib. Həmçinin tikinti sahəsində işçi qüvvəsinə dair vahid elektron informasiya ehtiyatının yaradılması ilə bağlı qanunvericilik layihəsi müzakirə olunub.

Müxtəlif növ sahibkarlıq subyektləri üçün nümunəvi kollektiv müqaviləyə dair təkliflərin, məcburi dövlət sosial sığorta haqları üzrə rüblük hesabatların sığortaedənlər tərəfindən vaxtında ödənilməsi və s. məsələlərin müzakirəsi də aparılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=123625