Rusiya, Türkiyə, İran və Suriya diplomatları arasında görüşün davam etdirilməsi planlaşdırılır

image-thumbs_b_c_83eb9824309c856161cc5c09b79313dc-1backend

Rusiya, Türkiyə, İran və Suriya nümayəndələri bu ölkələrin yüksək səviyyəli diplomatları arasında görüşün hazırlanması ilə bağlı məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Busaat.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə çərşənbə axşamı TASS müxbirinə bildirib.

“2023-cü il aprelin 3-4-də Moskvada Rusiya, İran, Suriya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində dördtərəfli məsləhətləşmələr keçirilib. Tərəflər xarici işlər nazirləri arasında görüşə hazırlıqla bağlı məsələləri müzakirə ediblər. Hər bir ölkə öz mövqeyini və fikirlərini şəffaf və açıq şəkildə ifadə edib”, – məlumatda deyilir.

Qeyd edək ki, 28 dekabr 2022-ci ildə Moskvada Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması səyləri çərçivəsində Rusiya, Suriya və Türkiyə müdafiə nazirləri arasında məsləhətləşmələr keçirilib. Görüş iştirakçıları üçtərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər. Məsləhətləşmələrdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Bəşər Əsəd arasında danışıqların mümkünlüyünü müzakirə etmək üçün üç ölkənin yüksək səviyyəli diplomatları arasında görüş gözlənilib. Daha sonra İranın XİN səviyyəsində məsləhətləşmələrə qoşulacağı bildirilib.

Ərdoğan 2022-ci il dekabrın 15-də jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putinə Suriya prezidentinin də iştirak etdiyi üçtərəfli görüşə ev sahibliyi etməyi təklif etdiyini bildirib və əlavə edib ki, sammitdən əvvəl kəşfiyyat, müdafiə və xarici işlər nazirliklərinin rəsmiləri arasında görüş keçirilməlidir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki