Məzmuna keç
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin58 021 $▼1.34%
  • Ethereum1 635 $▲0.96%
  • S&P 5006 910▼3.72%
16°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
İqtisadiyyat

Şahin Mustafayev: “Azərbaycan və Özbəkistan bir çox sahələrdə əməkdaşlığa böyük önəm verir”

image-sahin-mustafayev
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Azərbaycan və Özbəkistan arasında dövlətlərarası münasibətlərdə ticari-iqtisadi əməkdaşlıq əsas prioritetlərdən biridir”.

Busaat.az xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Özbəkistan Respublikasının müstəqilliyinin elan edilməsinin 32-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

“Dövlət başçılarının qarşıya qoyduğu məqsədlərə uyğun olaraq, hökumətlərimiz ticari-iqtisadi əməkdaşlıq istiqamətində zəngin potensialımızın maksimum dərəcədə reallaşdırılması üçün ardıcıl səylər göstərirlər. Bir müddət əvvəl 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılmış Birgə İnvestisiya Fondu bu məqsədə çatmağa töhfə verəcək”, – o bildirib.

Ş.Mustafayev onu da qeyd edib ki, hər iki ölkə bir çox sahələrdə əməkdaşlığa, o cümlədən mədəni-humanitar əlaqələrə böyük önəm verir: “Mədəni-humanitar sahədə əməkdaşlıq dövlətlərarası münasibətlərimizin əsasını təşkil edir. Avqust ayında Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri böyük uğurla keçirildi. Azərbaycan ictimaiyyəti bir daha qardaş özbək xalqının nümayəndələrinin yüksək məharətinin və istedadının şahidi oldu”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=121749