Samirə aylar sonra Tikslə münasibətlərindən danışdı – Video

image-mycollages__30_backend

“Eurovision-2021” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edən müğənni Samirə Əfəndi “Eurovision.tv” saytına müsahibə verib.

Busaat.az  xəbər verir ki, ifaçı son vaxtlar KİV-də şəxsi həyatı barədə danışmır, “Eurovision-2021”də Norveç təmsilçisi Tikslə aralarında yaranan sevgi hekayəsi barədə suallara cavab verməkdən imtina edirdi.

Aylar sonra Samirə “Eurovision.tv” üçün istisna edib və sayta müsahibəsində Tikslə aralarında baş verənlərdən danışıb. O, Norveç ifaçısına salam göndərib və bunları deyib: “Biz hər ikimiz çox məşğuluq və əlaqə saxlamırıq. Amma bilirəm ki, onda hər şey yaxşıdır”.

S. Əfəndi, həmçinin üç yeni mahnı üzərində çalışdığını və onları tezliklə dinləyicilərinə təqdim edəcəyini deyib.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90