Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft99.52 $▼0.81%
  • WTI neft91.40 $▼0.70%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)3.016 $▲1.11%
  • Qızıl4 061 $▲0.28%
  • Gümüş51.47 $▲0.11%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda595.50 ¢▲0.13%
  • Bitcoin75 228 $▼0.97%
  • Ethereum2 213 $▼0.98%
  • S&P 5007 354▼4.36%
12°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Gündəm

"Səfər Mehdiyev özü monopoliyanın başında duran şəxsdir" - Nazim Bəydəmirli

image-nazim-beydemirli-sefer-mehdiyev
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Biz bunu gözləyirdik ki, Eynulla Fətullayevdə səs yazısı var. Səfər Mehdiyevin dediyində həqiqət var, ancaq onun özü monopoliyanın başında duran şəxsdir. Ona görə ki, bir neçə ildir onların tətbiq etdiyi bəyənnamə qiyməti əslində monopolistərin məqsədinə xidmət edir. Gömrük Komitəsi yerlibazlıqda adı çıxmış dövlət qurumlarından biridir. Hansı ki, bu orqanın əməkdaşları dövlətin nüfuzuna çox ciddi xələl gətirirlər. Ölkədə qiymət artımının əsas təkanverici qüvvəsi elə gömrük orqanlarıdır”.

Bu sözləri Busaat.az-a verdiyi açıqlamada keçmiş deputat Nazim Bəydəmirli Mlli Məclisin sədri Sahibə Qafarovanın Səfər Mehdiyevin haqqın.az-a müsahibəsində “bəzi deputatların qanunsuz biznesi” haqda fikirlərinin təhrif olunduğuna dair bəyanatına münasibət bildirərkən deyib.

Sabiq millət vəkili qeyd edib ki, Milli Məclisin nüfuzu hər addımda daha da aşağı düşür.

Səfər Mehdiyevin inspektorlarının sahibkarlara verdiyi bağlama işgəncəsi – FAKTLARLA » Asiya.az

“Mən hesab edirəm ki, bu açıqlama Milli Məclisin dırnaqarası deputatlarının aşağı düşmüş nüfuzunu, ümumiyyətlə, parlamentin simasını qorumaq anlamına gəlir. Çox təəssüf ki, müəyyən səbəblərdən nə KİV, nə də QHT-lər məmurların fəaliyyətinə yönələn heç bir monitorinq apara bilmir.

Dövlət orqanlarının rəhbərləri, o cümlədən, gömrükçülər də istədiyini vətəndaşa, sahibkara sırıya bilirlər. Milli Məclis də onlardan biridir. Hesab edirəm ki, dövlət orqanları arasındakı münasibətlərin belə kəskinləşməsi hərc-mərclikdən xəbər verir. Hər kəs öz işini yaxşı göstərmək istəyir, amma bir-birilərndən ciddi fərqlənmirlər”.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bir neçə gün öncə haqqın.az saytına verdiyi müsahibədə deputatların xaricdən məhsul gətirib satdığını bildirmişdi:

“Bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər? Öz maraqlarını qoruyurdular”.

Milli Məclisin bugünkü iclasında isə spiker Sahibə Qafarova Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin ona zəng vurduğunu, müsahibədəki fikirlərinin təhrif olunduğunu və həmin müsahibəsində bəzi deputatları fırıldaqçı adlandırmadığını deyib, fikirlərinin “təhrif olunduğuna görə” təəssüfləndiyini bildirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=65915