“Ermənistan Rusiyanı Türkiyə və Azərbaycana qarşı qoymaq kimi iki əsrlik strategiyasının nəticə vermədiyinə görə qəzəblidir”.
Busaat.az xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev “X” hesabında yazıb.
Diplomat bildirib ki, İrəvana yeni strategiya lazımdır, amma o da mövcud deyil:
“Ermənistan qəzəblidir və bunun səbəbi bəllidir. Görür ki, Rusiyanı Türkiyə və Azərbaycana qarşı qoymaq kimi 2 əsrlik strategiya, Azərbaycanın hesabına əraziləri genişləndirilmə planı, SSRİ/Rusiya və Qərbin diplomatik, eləcə də maliyyə yardımlarının geosiyasi dəstəyi ilə parazitlik etmək cəhdləri heç bir nəticə vermir. Yeni strategiya lazımdır, o da yoxdur”.