Şəhidin övladı doğuldu

image-1709298248-428504435_709017071383697_2135283840879079430_nbackend

19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanımız Sadıqov Samir Cəbrayıl oğlunun Bakı şəhərində doğulan övladı Amirin zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Busaat.az xəbər verir ki, dünyaya yeni göz açan körpənin adına depozit hesabı açılacaq və 5000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Körpənin ilkin zəruri xərclərinin qarşılanması üçün 1000 AZN vəsait isə ananın hesabına köçürüləcək.

Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki