Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft94.87 $▼0.42%
  • WTI neft87.84 $▼0.57%
  • Avropa qazı (TTF)86.07 €▼5.37%
  • Təbii qaz (ABŞ)3.170 $▲0.38%
  • Qızıl3 871 $▲0.02%
  • Gümüş47.52 $▲0.42%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda590.25 ¢▲0.60%
  • Bitcoin64 110 $▼1.84%
  • Ethereum1 796 $▼2.09%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Sağlamlıq

“Səhiyyəyə ikinci bir problem yaratmamaq üçün özümüzü qorumalıyıq”- Akif Qurbanov

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Koronavirusa yoluxma hallarının artmasının orduya sirayət etmə təhlükəsi yarana bilər. Əsgərlər arasında da yoluxma halları ola bilər. Ona görə də bu gün kimsə vətənpərvərlik, orduya yardım istiqamətində fikirləşirsə, həm də koronavirusa qarşı mübarizə istiqamətində fikirləşməlidir”.

Bu sözləri “Qafqazinfo”ya TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanov deyib.

O bildirib ki, hələ ki, “COVID-19”a qarşı vaksin yoxdur, ona görə də qorunma tədbirlərinə əməl etməliyik. Bu tədbirlərə əməl etmədikdə, təmasların sayının artdığı təqdirdə, yoluxma sayları da artacaq, bu, qanunauyğun prosesdir:

“Karantin rejimi hələ də davam edir. Bu rejimdə vaxtaşırı yumşalmalar olur, məktəblər açılır və sair bu kimi hallar təmasların sayını artırır. Həm də artıq soyuq fəsillər – payız, qış gəlir. Hava soyuduqda respirator infeksiyaların çoxalma tendensiyası müşahidə olunur. Çünki soyuq hava yuxarı tənəffüs yollarının mühafizə qabiliyyətini zəiflədir. Bütün respirator infeksiyalar aktivləşmiş vəziyyətə keçir, COVID, qrip və qripəbənzər xəstəliklər artır. Digər tərəfdən isə, indi müharibə gedir, müharibə gedən ölkədə səhiyyə sistemi yaralıların qəbulu, onların reabilitasiyası tədbirləri ilə məşğul olmalıdır. Bütün vətəndaşlar bunu başa düşməlidirlər ki, səhiyyə sisteminə ikinci bir problem yaratmamaq üçün daimi olaraq qorunma tədbirlərinə davam etmək lazımdır”.

A.Qurbanov bildirib ki, hər kəs özünü qorumağı ilə vətənpərvərlik nümunəsi ola bilər. Özümüzü, ətrafdakıları qorumaqla pandemiyanın artmasına imkan verməməklə, həm də orduya dəstək vermiş olarıq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=21204