Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.00 $▼0.28%
  • WTI neft87.84 $▼0.57%
  • Avropa qazı (TTF)86.34 €▼5.07%
  • Təbii qaz (ABŞ)3.152 $▼0.19%
  • Qızıl3 875 $▲0.11%
  • Gümüş47.58 $▲0.55%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda589.25 ¢▲0.43%
  • Bitcoin63 932 $▼2.12%
  • Ethereum1 792 $▼2.33%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

Şəkidə gimnaziya müvəqqəti bağlanıb - Kütləvi yayılan qızılcaya görə

image-gimnaziya
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın kütləvi yayılmış qızılca xəstəliyi səbəbindən fəaliyyətini müvəqqəti dayandırdığı bildirilir.

Busaat.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Qurumdan qızılca səbəbindən məktəbin bağlandığını təsdiqlədilər: “Sentyabrın 24-də Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada şagirdlərdən birində qızılca virusuna yoluxma halı qeydə alınıb və həmin şagird xəstəxanaya yerləşdirilib. Eyni hal növbəti günlərdə digər şagirdlərdə də müşahidə olunub və şagirdlər həkim müayinəsindən sonra xəstəxanaya yerləşdirilib. Şəki Rayon Mərkəzi Xəstəxanasında onlara zəruri tibbi xidmət göstərilib, hər biri sağalaraq, kafi vəziyyətdə evə yazılıb. Şəki rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri tərəfindən təhsil müəssisəsində yaranmış mövcud vəziyyət qiymətləndirilib və akt tərtib edilib. Aktda “son xəstəlik hadisəsindən 21 gün müddətinə gimnaziyaya uşaq qəbulunun dayandırılması” qeyd olunub”.

Hazırda gimnaziya şagirdləri distant təhsil alırlar: “Şagirdlərin yoluxmasının qarşısının alınması məqsədilə gimnaziyada dərslərin distant tədrisinə qərar verilib. Gimnaziyada zəruri dezinfeksiya işləri aparılıb. Şəki rayon Gigiyena və Epidemiologiya Mərkəzinin tövsiyəsinə əsasən, 27 oktyabrın 27-dən gimnaziyanın fəaliyyətinin ənənəvi şəkildə davam etdirilməsi nəzərdə tutulur”.Qafqazinfo

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=126005