Sənədsiz evlərin vurduğu zərər: “Minlərlə şəxs sənədli evə sahib ola bilmir”

image-1624433628_senedsizevbackend

“Bir pəncərə sistemi olsa, vətəndaşlar problemlərlə qarşılaşmayacaq və sənədsiz evlər məsələsi həllini tapacaq”.

Bu sözləri sənədsiz evlərlə bağlı problemin hələ də həllini tapmamasına münasibət bildirən əmlak eksperti Elnur Fərzəliyev Busaat.az-a açıqlamasında deyib.

Ekspert vurğulayıb ki, sənədsiz evlərin sənədləşdirilməsi prosesi bir neçə dəfə dövlət səviyyəsində gündəmə gətirilsə də, proses durğunluq dönəmini yaşayır. Bakı və Abşeronda isə sənədsiz evlərin sayı getdikcə artır:

image-elnur-ferzeliyev

 

“Sənədsiz fərdi həyət evlərinin tikilməsi bu gün də davam edir. Maraqlıdır ki, bu gün sənədi olmayan hər hansı bir ev sahibinə yaxınlaşıb sənəd tələb edəndə bələdiyyə sənədi, bağlar idarəsinin sənədi və ya icra hakimiyyətinin sərəncamını təqdim edir. Əgər bu gün həmin ərazilər sənədləşdirilsə, sənəd ilk öncə sərəncam verilmiş şəxsin adına özəlləşdirilməlidir. Hansı ki, həmin sərəncamlar 20 il öncə verilib və sahibləri bəlkə də həyatda yoxdur.

Mövcud şəraitdə çıxarışı olmayan həyət evlərinin qiyməti 20 min manatdan başlayır. Bu evlərin alqı-satqısı çıxarışlı evlərdən fərqli olaraq notarial qaydada aparılmır. Notarial qaydada aparılan alqı-satqı zamanı mənzil sahibinin qeydiyyatı yoxdursa, hər kvadrat metrinə görə dövlətə vergi ödəyir. Fərdi həyət evinin çıxarışı olduğu zaman o birbaşa vergi ödəyicisinə çevrilir.Bu gün Abşeron ərazisində yüz minlərlə fərdi həyət evinin çıxarışının olmaması bələdiyyələrin onlardan vergi toplamasına mane olur. Çünki çıxarışı olmayan fərdi həyət evi bələdiyyə vergisinə cəlb oluna bilməz.

Ötən ilin mart ayından etibarən sənədsiz evlərə çıxarışların verilməsinə başlanılmalı idi. Ancaq Əmlak Məsələləri Dövlət Komitəsinin ləğvi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin yaradılması ilə çox şey dəyişildi. Bu səbəbdən əmlakların ilkin özəlləşmələri dayandırılıb və sözügedən sektor durmuş vəziyyətdədir”.

Busaat.az 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki