Serbiya prezidenti Rusiyaya xəbərdarlıq etdi

image-1632055180-aleksandar-vucic-afp-750x500backend

Rusiya hərbi şirkəti – Vaqnerin Serbiyadan əsgər toplamaq cəhdləri dayandırılmalıdır.

Busaat.az xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç Rusiyaya xəbərdarlıq edib.

Vuçiç serbləri Ukraynada döyüşməyə çağırmağın ədalətsizlik olduğunu bildirib və əlavə edib: “Serbiya Avropada Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən yeganə ölkədir. Rusiya Vaqnerin Serbiyadan qoşun toplamaq cəhdlərini dayandırmalıdır. Bu cür yanaşma həm də Serbiya qanunlarına ziddir”.

Bu arada bildirilib ki, Moskvayönlü RT xəbər portalı serb dilində Vaqnerin Ukraynada döyüşçülər axtardığına dair elan dərc edib və insanları buna təşviq edib.

Bundan sonra, keçən həftə Serbiyaya səfər edən ABŞ dövlət katibinin müşaviri Derek Chollet Vaqnerin oradakı fəaliyyətindən narahat olduqlarını bildirib.

Digər tərəfdən, rus oliqarx Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner”in Afrika qitəsi başda olmaqla bir çox ölkədə fəaliyyət göstərdiyi bilinir. Həmçinin sözügedən rus hərbi şirkəti keçən ay Serbiyada “dostluq və əməkdaşlıq mərkəzi” qurduğunu açıqlamışdı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki