Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 520 $▲2.20%
  • Ethereum1 827 $▲3.32%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Kriminal

Şirvan sakinindən “TT” markalı tapança müsadirə edildi

image-tapanca
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Busaat.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə 19 ilə yaxın məhkumluq həyatı yaşayan Zaur Paşayev saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı 1 ədəd atəşə yararlı “TT” markalı tapança, həmin silaha aid daraq və 4 ədəd patron aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı şəhər ərazisində nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Samir Gözəlov da saxlanılıb. Onun qaçırdığı avtomobilə keçirilən baxış zamanı isə sonuncunun başqa bir avtomobildən oğurladığı 1 ədəd akkumulyator və səs gücləndirici sistemi aşkarlanaraq götürülüb.

Polis əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışının qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı isə şəhər sakinləri, əvvəllər də eyni əməllərə görə məhkum olunmuş Vüsal Əhmədov və Ramin Hacıyev saxlanılıblar.

Həmin şəxslərdən müxtəlif çəkilərdə heroin, metamfetamin və marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd edilən bütün faktlarla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Araşdırmalar davam etdirilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=133745