Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲3.56%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 546 $▼0.27%
  • Ethereum2 221 $▼0.70%
  • S&P 5007 377▲0.27%
9°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Siyasət

Siyasi ekspert: "Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması Rusiyanın siyasi maraqlarına uyğun deyilmiş"

image-tural-ismayilov
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Rusiyanın rəsmi dairələri dəfələrlə regionla bağlı şərhlərində hər hansı bir problemləri və yaxud da anlaşılmazlığı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağı məsələsi ilə ekvivalent etməyə çalışırlar. Bu bir daha onu göstərir ki, Rusiya Cənubi Qafqazda Azərbaycanın ərazi bütövlüyü məsələsini siyasi baxımdan manipulyasiya etməyə çalışırdı”.

Bu fikri Busaat.az-a siyasi ekspert Tural İsmayılov özəl açıqlamasında bildirib.

T,ismayılovun fikrincə, Nikol Paşinyandan əvvəlki Ermənistan hakimiyətinin danışıqlar prossesində Azərbaycanın ərazi bütövlüyü məsələsi ilə bağlı fərqli və bizim tərəfimizdən qəbuledilməz mövqelər ortaya qoymağı Rusiya tərəfindən dəstəklənmiş bir hadisə kimi görünür.

“Putinin son açıqlaması əvvəlki açıqlamaların təkrarıdır. Bundan əvvəl Putin bir neçə dəfə Valdaydakı forumda və başqa yerlərdə bu məsələni hər zaman bu şəkildə ortaya qoyub. Azərbaycanın ərazi bütövlüyü məsələsini və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını problem kimi qabardıb ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin brifinqlərində də görürürük. Bu, bir daha göstərir ki, bu gün Ermənistanın hansısa bir formada Azərbaycanın ərazi bütövlüyünü tanıması, hətta sözlə ifadə etməsi belə, əslində Rusiyanın siyasi maraqlarına uyğun deyilmiş”,- siyasi ekspert qeyd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=121382