“Balanssız qidalanma, vitaminlərin düzgün qəbul edilməməsi sızanaqların yaranmasına yol aça bilər”.
Busaat.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə kosmetoloq və dietoloq Taguy Avetova bildirib.
Mütəxəssis Lenta.ru ilə söhbətində sızanaqların yaranmasının bu və digər səbəblərini də qeyd edib:
Avetovanın sözlərinə görə, sızanaqlar hər yaşda özünü göstərən bir xəstəlikdir. Bu hal anadangəlmə, kosmetik və mexaniki ola bilər. Həkim dəri problemlərinin əsas səbəbləri kimi genetik meyl və hipertrofiyaya uğramış piy vəzilərini müəyyən edib.
Kosmetoloq həmçinin sızanaqların xarici patogenlər səbəbindən də yarana biləcəyini vurğuladı:
“Stress, pis ətraf mühit, pis həyat tərzi, müəyyən dərmanlar səbəbindən də sızanaqların yaranması mümkündür”.