İsmayılov Mikayıl İsmayıl oğlu 1964-cü ildə Ağsu rayonunun Çiyni kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) mühasibat uçotu fakültəsinə daxil olub. 1985-ci ildə ali təhsilini İ.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında davam etdirib və 1988-ci ildə həmin institutu bitirib.
Mikayıl İsmayılov əmək fəaliyyətinə Neft Daşlarında başlayıb. 1988-2003-cü illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, baş mühasib müavini, baş mühasib və s.) çalışıb. Əmək fəaliyyətinin böyük bir hissəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə bağlı olub. M.İsmayılov 2003-2005-ci illərdə bu müəssisədə iqtisadiyyat və təchizat üzrə direktor müavini vəzifəsində çalışıb.
O, 2005-ci ildən 2021-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti olub.
Hələ Rövnəq Abullayev zamanından SOCAR-ın “qara kassası” hesab olunan Mikayıl İsmayılov kifayət qədər gücə və maliyyə imkanlarına sahibdir. O, SOCAR-ın qaranlıq əməliyyatlarında bütün maliyyə prosesini idarə olunmasına nəzarət edib. İsmayılov həm də Babək prospektində yerləşən “General Motors Company” avtomobillərinin satışı ilə məşğul olan “GM” avtosalonunun sahibdir. Avtosalon isə daha çox SOCAR əməkdaşlarının xidməti maşınlarının texniki baxışından gəlir əldə etməklə yadda qalıb ki, bu məbləğ milyonlarla manat dəyərində ölçülür. Elə şirkətə “bahalı və marka” aftomobillər satan da, əsasən, İsmayılova aid avtosalondur.
Bundan başqa təsisçisi Akif İmanov adlı şəxs göstərilən “Olerni LTD” şirkəti də dolayı yollarla Mikayıl İsmayılovun kurasiyasına aiddir. Şirkətin fəaliyyəti kranların, neft-qaz separatorlarının, yanğın təhlükəsizliyi sisteminə aid olan köpükqarışdırıcıların istehsalı, texniki xidməti və təmirini həyata keçirməkdən ibarətdir. Nə təsadüfdür ki, bu şirkət də SOCAR-ın əsas tədarükçülərindən biri kimi yadda qalıb.
Mikayıl İsmayılov bu nöqtədə ağıllı alternativlər də fikirləşib. Belə ki, “Olerni LTD” şirkətinin məşğul olduğu sahədə formal rəqabət yaradılıb və “Kapital Motors” adlı eyni işi görən ikinci şirkət formalaşdırılıb. Bu şirkət də cənab İsmayılova aid olub.
SOCAR-dakı özbaşnalıqları ilə yanaşı, Mikayıl İsmayılov ölkənin daşınmaz əmlak bazarında da ciddi biznes şəbəkələrinə sahibdir. Onun şəhərin mərkəzində və kəndlərində özü və ailə üzvlərinə məxsus bir sıra yaşayış kompleksləri, imarətləri var. Bakıda bir sıra ticarət obyektləri, villalar, 200-dən çox mənzil, paytaxtın mərkəzində yerləşən “Central Baku” və “Özsüt” restoranlarının da Mikayıl İsmayılova məxus olduğu, qardaşının adına isə Fəvvarələr Meydanı ərazisində çoxsaylı daşınmaz əmlakın olduğu bildirilir.
“Modern Group”-a daxil olan şirkətlərin hamısı, o cümlədən “Az Granata”, geyim firması olan “Alyans Tekstil”, “Modern Hospital”, avtomibil satışı ilə məşğul olan “Great Motors”, eManat brendi ilə tanınan “Modenis” MMC, təbii və mineral süfrə suyu istehsal edən “Mineral Sular” MMC və digər obyektlərin sahibidir.
Mikayıl İsmayılov Kəmaləddin Heydərova məxsus “Jalə” şirələrinə rəqib olaraq “Az Granata” şirkətini yaradıb. Bu rəqabətə prinsipial yanaşan Mikayıl İsmayılov, “Jalə”-nin texnoloqlarına daha yüksək məvacib təklif edərək öz şirkətinə cəlb edib.
RabitəBank-ın 50% payçısı olan Mikayıl İsmayılov “MilliÖn” ödəmə sisteminə qarşı “eManat”ı yaradıb. Qeyd edək ki, “AFB” və “Bank of Baku” kimi “MilliÖn” ödəmə sistemi də Kəmaləddin Heydərova məxsusdur və keçmiş deputat Hacı Salayev tərəfindən idarə olunur.
Heç vaxt hərbi xidmətdə olmayan İsmayılovun özbaşnalıqları sadəcə biznes və külli miqdarda mənimsəmə halları ilə bitmir. Mikayıl İsmayılov, həmçinin, uzun müddət SOCAR daxilində avtoritar idarəetmə qurub. Bir zamanlar yaşanan kütləvi ixtsarlar, mənimsəmə və digər özbaşnalıq halları birbaşa onun şəxsi ilə bağlı olub.
Bu kimi faktlar Mikayıl İsmayılov barədə olan məlumatların yalnız bir hissəsidir. İndi özünüz qərar verin ki, qısa zamanda böyük “pul imperiyası” quran Mikayıl İsmayılovun bu qədər maddi vəsaiti necə və hansı yollarla əldə etdiyi ciddi suallar yaradır.
Qeyri-qanuni yollarla əldə edilən bu pullar və qurulan imperiyanın müsadirəsi və ədalətin bərqərar edilməsi isə hər kəsin, xüsusən də İsmalıyovun özbaşnalıqlarından əziyyət çəkənlərin əsas istəyidir. Hər halda belə düşünməkdə yanılmırıq.