Xıdırlı, Beştalı və Xəlfəli kəndlərində aparılan qazlaşma işləri ilə yerində tanışlıq

image-foto16backend

SOCAR “Azəriqaz” İB-nin bölgələrdə həyata keçirdiyi qazlaşma işləri davam edir. Prosesin icrası ilə yaxından tanış olmaq məqsədilə baş direktorun müavinləri Rəşad Cavadovun və Ceyhun Şıxəliyevin Salyanın Xıdırlı, Neftçalanın Beştalı və İmişlinin Xəlfəli kəndlərinə səfərləri baş tutub.

Bu barədə Busaat.az-a birliyin mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində sözügedən kəndlərin hər üçündə görülən işlərin gedişatı ilə bağlı ətraflı məlumat verilib. Birliyin rəhbər şəxsləri nəzarətçi-çilingərlərin əməyini yüksək qiymətləndirərək onları narahat edən problemləri səsləndirmələrini xahiş ediblər. İş şəraitindən narazı olmayan əməkdaşlar bir tək işçi qüvvəsinin azlığından şikayətləniblər. Cavabında qurum rəsmiləri bu problemin müvəqqəti olduğunu bildirərək yaxın zamanda həll olunacağını vurğulayıblar. İşçilərin qayğıları və mövcud vəziyyətlə yaxından maraqlanıldıqdan sonra ərazilərdə çalışan bir qrup Birlik əməkdaşı Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.image-foto17 image-foto15 image-foto14 image-foto13 image-foto12

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki