SOCAR-ın sabiq prezidenti: “Xalq öz gələcəyini daha oliqarx canilərə etibar etmək istəmir”

image-yencag-az_2017-08-19_10-52-58backend

“Ermənistanda keçirilmiş seçkilər bir çox sahələrdə həm yeni çağırışlar, həm də yeni imkanlar deməkdir”.

Busaat.az xəbər verir ki, bunları Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) keçmiş prezidenti Sabit Bağırov “Facebook” hesabında yazıb.

Sabit Bağırov Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin regionda demokratiyanın inkişafı üçün mühüm addım olduğunu qeyd edib:

“Ermənistanda keçirilmiş seçkilərdə erməni xalqı demokratik ölkəyə çevrilmək iradəsini nümayiş etdirdi. Davamlı olacaq, ya yox zaman göstərəcək. Hər halda, mühüm addımdır. Həm Ermənistanın özü, həm də ümumiyyətlə regionumuzda demokratiyanın inkişafı üçün.

Seçkilərin nümayiş etdirdiyi başqa bir şey xalqın öz gələcəyini daha oliqarx canilərə etibar etmək istəmməsidir. Amma bu eyni zamanda o deməkdirmi ki, erməni xalqı və onun elitası Azərbaycan və Türkiyəyə münasibətdə yeni siyasətin arzusundadır? Düşmənçiliyin tədricən iqtisadi, sosial, mədəniyyət sahələrində sağlam rəqabətə çevrilməsi istəyindədir? Bunları da zaman göstərəcək.

Seçkilərin nümayiş etdirdiyi bir fenomen də Paşinyanın böyük qələbəsidir. Müharibəni uduzmuş ölkə başçısının bu uğuru onu göstərdi ki, o elə də sadə adam deyil.

Əlbəttə, proseslərin pozitiv istiqamətdə inklişaf etməsi ilk növbədə Ermənistandan asılı olsa da, bizim ölkəmizin münasibətindən və iştirakından da asılıdır. Rusiyanın, Türkiyənin, İranın, Gürcüstanın və başqa ölkələrin də bu və ya digər səviyyədə və niyyətlərdə oyunçu olduqları özünü göstərəcək.

Beləliklə, Ermənistanda keçirilmiş seçkilər bir çox sahələrdə həm yeni çağırışlar, həm də yeni imkanlar deməkdir. Regionumuzun bütün sahələrdə inkişafı baxımdan sinerji amilinin işə düşməsi imkanından istifadə edə biləcəyikmi? Zaman göstərəcək”.

Emin

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki