Nigar Məmmədova: “Rəqəmsal texnologiyaların təhsildə böyük rolu var”

image-15524851024388664624_1200x630backend

Təhsil millətin gələcəyidir. Bu sahədə islahatçı və yenilikçi addımların atılması da xüsusi əhəmiyyət kəsb edir. Belə direktorlardan biri də ölkəmizin köklü orta məktəblərindən biri olan “Zəngi” liseyinin direktoru Nigar Məmmədovadır.

Müsahibimiz Busaat.az-a müsahibəsində ölkəmizin təhsil mənzərəsini və rəhbərlik etdiyi liseyin inkişaf yolunu dəyərləndirib.

­Direktor olaraq bu məktəbdə neçə müddətdir çalışırsınız və bu müddət ərzində məktəbdə hansı əsas dəyişiklikləri həyata keçirmişsiniz?

Mən artıq uzun illərdir ki, “Zəngi” liseyində fəaliyyət göstərirəm. Direktor kimi fəaliyyətimdən öncə bu təhsil ocağında müəllim olaraq çalışmış. Bu müddət ərzində əsas diqqətimizi məktəbin infrastrukturu və təhsil keyfiyyətinin artırılmasına yönəltmişik. Məsələn, sinif otaqlarının modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi, müəllimlərin peşəkar inkişaf proqramlarına cəlb edilməsi əsas prioritetlərimiz arasında olub.

Şagirdlərin akademik uğurlarını necə qiymətləndirirsiniz və bu sahədə məktəb olaraq hansı nailiyyətlər əldə etmisiniz?

Şagirdlərimizin akademik uğurlarını çox yüksək qiymətləndiririk. Müxtəlif yerli və beynəlxalq olimpiadalarda qazandığımız mükafatlar bunun göstəricisidir. Hər il şagirdlərimizin universitetlərə qəbul faizləri artır, bu da təhsilin keyfiyyətinin yüksəldiyini göstərir.

Direktor olaraq məktəb və cəmiyyət arasındakı münasibətləri necə qurursunuz? Valideynlər və yerli icma ilə əlaqələri necə inkişaf etdirirsiniz?

Bizim üçün məktəb yalnız təhsil verən bir qurum deyil, həm də cəmiyyətin ayrılmaz bir hissəsidir. Valideynlər və yerli icma ilə mütəmadi olaraq görüşlər keçirir, onların təklif və narahatlıqlarını dinləyirik. Məktəbdə müxtəlif tədbirlər, açıq qapı günləri və seminarlar təşkil edirik ki, icma üzvləri də təhsil prosesinə daha çox cəlb olunsunlar.

Gələcəkdə məktəbin inkişafı üçün hansı planlarınız var?

Gələcəkdə məktəbimizdə daha çox müasir texnologiyaların tətbiqi, beynəlxalq proqramların adaptasiyası və müəllimlərimizin dünya səviyyəli tədris təcrübəsi qazanması əsas hədəflərimizdir. Bununla yanaşı, şagirdlərimizin sosial və emosional inkişafına daha çox diqqət yetirməyi planlaşdırırıq, çünki onların hərtərəfli inkişafı bizim üçün prioritetdir.

Təhsildə innovasiyalar və rəqəmsal texnologiyaların tətbiqi barədə nə düşünürsünüz?

Rəqəmsal texnologiyaların təhsildə böyük rolu var. Son illərdə biz məktəbimizdə rəqəmsal dərsliklər və online tədris platformaları tətbiq etməyə başlamışıq. Bu, şagirdlərin dərs prosesində daha aktiv iştirak etmələrinə və dərsləri daha yaxşı mənimsəmələrinə kömək edir.

Abuzər Muradlı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki