Bir neçə gün öncə Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
Busaat.az xəbər verir ki, 1988-ci il təvəllüdlü Mirzəyeva Aygün Vaqif qızı 8-ci kilometr qəsəbəsində yerləşən otellərin birinin hamam otağında olarkən ona şəxsiyyəti hələlik naməlum olan şəxs 23 bıçaq zərbəsi vurulub.
Məlumata görə, yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumat üçün bildirək ki, Aygün Mirzəyeva müğənni olub.