Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.82 $▲1.24%
  • WTI neft89.43 $▲1.34%
  • Avropa qazı (TTF)90.70 €▼3.20%
  • Təbii qaz (ABŞ)3.266 $▼1.98%
  • Qızıl3 894 $▼0.60%
  • Gümüş49.67 $▼1.14%
  • Pambıq83.18 ¢▲5.91%
  • Buğda598.00 ¢▲1.14%
  • Bitcoin68 728 $▼3.71%
  • Ethereum1 939 $▼3.89%
  • S&P 5007 523▼0.91%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Son dəqiqə

ŞOK HADİSƏ: Abituriyentin məlumatları... - VİDEO

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ali məktəbə qəbul olmaq üçün ixtisas seçimi edən abituriyent nəticələr açıqlanan zaman şok yaşayıb. Dövlət İmtahan Mərkəzinin sistemində nəticələrini öyrənmək istəyərkən ona ”Siz ixtisas seçimində iştirak etməmisiniz” bildirişi gəlib. O, bu səbəbdən seçimin birinci turunda ali məktəbə qəbul olmaq şansını itirib. Hadisə Xırdalan şəhərində yaşayan abituriyent Nihat İsgəndərlinin başına gəlib.

Nihatın atası Mərahim İsgəndərov deyir ki, onlar ixtisas seçimlərini təsdiq ediblər. Təsdiqlə bağlı DİM-in sistemindən müvafiq sənədi də çap edərək saxlayıblar

Valideyn deyib ki, övladı birinci ixtisas qrupu üzrə imtahanda 180 bal toplayıb. O, birinci turda övladının ali məktəbə qəbul olma şansının böyük olduğunu düşünür. Ancaq indi bu imkan onların əlindən çıxdığı üçün valideyn övladının ixtisas seçiminin hansı şəraitdə və kim tərəfindən ləğv edilməsi məsələsinin aydınlaşmasını istəyir.

Dövlət İmtahan Mərkəzindən iddialara cavab olaraq bildirilib ki, abituriyentlərin yalnız özləri və ya onların istifadəçi adı, parolu, məxfi kodunu bilən şəxslər elektron ixtisas seçimi ərizələrinə daxil olub onu ləğv etmək imkanlarına malikdirlər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=84917