SON DƏQİQƏ! Azərbaycan mədəniyyətinə AĞIR İTKİ

image-tabutbackend

Bakı Dövlət Sirkinin keçmiş direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Bağırzadə vəfat edib.

O, 67 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vaqif Mahmud oğlu Bağırzadə 1954-cü il iyunun 24-də Bakı şəhərində anadan olub. 1976-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) bitirib.

O, 2003–2020-ci illərdə Bakı Dövlət Sirkinin direktoru vəzifəsində işləyib.

Mədəniyyət sahəsində uzunillik səmərəli fəaliyyətinə görə 2014-cü ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki