Sosial şəbəkələrlə bağlı rəsmi xəbərdarlıq – 1000 avro tələb edilir

image-1629444986_elsad-haciyevbackend

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdəki şantaj halları ilə bağlı xəbərdarlıq edib.

Busaat.az  xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev sosial şəbəkələrdə xaricdən idarə olunan feyk hesablar vasitəsilə şantaj halları olduğunu deyib: “Bununla bağlı artıq bir neçə şəxs müraciət edib. Sosial şəbəkə üzvlərini diqqətli olmağa, sosial şəbəkələrdə qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, görüntülü kommunikasiyadan çəkinməyi tövsiyə edirik.

Danışıq, foto və videogörüntülər qeydə alınmaqla, dostluq hesabında olan başqa şəxslərə göndərilməməsi üçün ilkin 500-1000 avro tələb olunur”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90