
"Sülh sammiti" Merts üçün "xaos"la başa çatdı
Qəzza zolağında atəşkəs sazişinin rəsmi imzalanması üçün bazar ertəsi Şarm əl-Şeyxdə keçirilən sülh sammiti Almaniya kansleri Fridrix Merts üçün “xaosa” çevrilib.
Busaat.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzetinin yazdığına görə, o, Almaniya hökumətinin bütün nümayəndə heyəti ilə Şarm əl-Şeyx hava limanında üç saat qalıb.
Nəşrin məlumatına görə, Merts Berlinə planlaşdırılandan yeddi saat gec – çərşənbə axşamı yalnız səhər saat 4:06-da qayıdıb. Əvvəlcə bütün Almaniya nümayəndə heyəti onları təyyarəyə çatdırmalı olan kortej üçün 40 dəqiqədən çox gözləməli olub.
Daha sonra hava limanında yeni problemlər yaranıb: əvvəlcə Mertsin təyyarəsinə havaya qalxmağa icazə verilməyib, daha sonra isə kanslerin təyyarəsi yedəkçi tərəfindən səhv park edilib.
Merts gözləməyə məcbur olub. Ona vaxtaşırı məlumat verilirdi ki, təyyarə havaya qalxmağa hazırdır. Amma sonda Almaniya kanslerinin hava limanında gözləməsi üç saat çəkdi.
Yeganə























