
“Sülh tərəfdarı olmalıyıq" - İtaliya XİN
İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani çərşənbə axşamı bildirib ki, ölkə 2026-cı ildə Milan və Kortinada keçiriləcək Qış Olimpiya Oyunları zamanı beynəlxalq atəşkəs əldə etməyə çalışacaq.
Busaat.az xəbər verir ki, bu barədə “Ansa” agentliyi məlumat verib.
Tajani Romada keçirilən 12-ci İtaliya-Latın Amerikası və Karib Konfransı çərçivəsində “Biz sülh tərəfdarı olmalıyıq”,-deyib.
Tajani həmçinin qeyd edib:
” ABŞ-ın Qəzza ilə bağlı planlarını dəstəkləyirik və Papa Leonun dediyi kimi, sülhə ümidimizi heç vaxt itirməməliyik. Roma və İtaliya getdikcə daha çox sülh və iqtisadi inkişaf üçün kəsişmə nöqtəsinə çevrilirlər.
Milan və Kortinada keçirilən Olimpiya Oyunları ilə əlaqədar olaraq, biz Birləşmiş Millətlər Təşkilatına Ukrayna və Yaxın Şərq də daxil olmaqla bütün müharibələr üçün Olimpiya barışığı təklifi təqdim edirik”.
Yeganə























