“Sülhməramlıların toponimləri erməniləşdirilməsi neçənci dəfədir baş verir” – ŞƏRH

image-627da982-1d95-4bcb-b348-39229f64fdf1_w1200_r1backend

“Laçın yolunda keçirilən aksiyalardan kənar rus sülhməramlıları ilə hansısa aktiv kommunikasiyalar olmayıb”.

Bunu Rusiya MN-in Qarabağda baş verən hadisələrlə bağlı dərc etdiyi xəbərdə Azərbaycan toponimlərini saxta erməni toponimləri ilə əvəz etməsi ilə bağlı fikirlərini bildirən politoloq Vüqar Əhmədov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Rusiya sülhməramlıları fəaliyyətə başlayan andan bəri belə hallar dəfələrlə təkrarlanıb:

image-vuqar_ehmedov876

“Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə öz etirazını bildirib. Rusiya sülhməramlıları bu ərazilərdə onların əsas səlahiyyət sahibləri və əraziləri istədikləri kimi adlandıra biləcəyini düşünürlər. Azərbaycan hər zaman Rusiyanın ərazi suverenliyinə hörmətlə yanaşıb. İki ölkə arasında imzalanmış müttəfiqlik sazişində bütün bunlar öz əksini tapıb. Lakin Qarabağda indi vəziyyət elədir ki, faktiki olaraq Rusiya sülhməramlıları daha çox ermənilərin təsirindədir və onlarla gündəlik kontaktdadır. Bu səbəbdən daha çox ermənilərin təsiri altına düşürlər”.

“Biz Azərbaycan cəmiyyəti olaraq Rusiya sülhməramlıları ilə fəal işləməliyik. Bu ən çox Şuşa-Laçın yolunda baş verdi. Laçın yolunda keçirilən aksiyalardan kənar hansısa aktiv kommunikasiyalar olmayıb. Hiss olunur ki, Azərbaycan cəmiyyəti və rus sülhməramlıları arasında münasibətlərdə boşluq var. Azərbaycan icması Rusiya sülhməramlıları ilə daha çox kommunikasiyaya keçməlidir”, – politoloq qeyd edib.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki