Sumqayıta gediş bahalaşdı, vətəndaşlar narazıdır

image-5fe64255-1451-4ec2-82e7-700023d4261ejpeg-1749148106backend

Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, yaranan sıxlıqla əlaqədar vətəndaşlar mənzil başına çatmaqda çətinlik çəkir.

Belə ki, Bakı-Sumqayıt istiqamətində hərəkət dayandığı üçün ictimai nəqliyyat və taksi tapmaq çətinləşib.

Bildirilib ki, “manatlıq taksi” kimi fəaliyyət göstərən sürücülər qiyməti 10 dəfə bahalaşdırıb.

Adi günlərdə adambaşına 1 manata qət edilən yolu hazırda 10 manatdan aparmaq təklif olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki