Sumqayıtda fövqəladə hal: Köhnə zavodda yanğın çıxdı  

image-d996dbfc-8ebf-351e-a403-576aa6b98499_850backend

Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində yerləşən köhnə zavodlardan birinin həyətində yanğın hadisəsi baş verib.

Busaat.az Report.az-a istinadən xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətraf ərazilərə, xüsusilə də yaxınlıqdakı sexlərə keçməsinin qarşısı alınıb.

Yanğın tamamilə söndürülüb. Ərazidə soyutma işləri aparılır, yanğının səbəbləri araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki