Sumqayıt şəhərində iki qardaş arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onlardan birinin xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı araşdırma başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.