Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft99.92 $▼0.41%
  • WTI neft91.61 $▼0.47%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.995 $▲0.40%
  • Qızıl4 053 $▲0.08%
  • Gümüş51.43 $▲0.04%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda596.00 ¢▲0.21%
  • Bitcoin75 523 $▼0.58%
  • Ethereum2 224 $▼0.49%
  • S&P 5007 354▼4.36%
11°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056

“Süni İntellektlə CRM Proseslərinin Rəqəmsal Transformasiyası: Bulud əsaslı yanaşmalar” mövzusunda B2B görüş keçirilib

image-media-24-3sg51h
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Bulutistan, Wside şirkətləri və Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə “Süni İntellektlə CRM Proseslərinin Rəqəmsal Transformasiyası: Bulud əsaslı yanaşmalar” mövzusunda, səhər yeməyi formatında B2B görüş baş tutub.

Tədbirin əsas məqsədi süni intellekt və bulud texnologiyalarının biznes proseslərinə, xüsusilə Müştəri Münasibətlərinin İdarəolunması (CRM) sistemlərinə inteqrasiyası mövzusunda iş adamlarını və texnoloji mütəxəssisləri maarifləndirmək, onlara real tətbiq nümunələri təqdim etmək və yerli şirkətlər arasında innovativ əməkdaşlıqların qurulmasına zəmin yaratmaqdır.

Açılış nitqini Bulutistan şirkətinin Mərkəzi Asiya, Azərbaycan və Gürcüstan ölkə müdiri Samir Nuriyev edib. Daha sonra Bulutistan şirkətinin MDB ölkələri üzrə baş icraçı meneceri Mutlu Ataç, Veysəloğlu şirkətinin İnfrastruktur Departamentinin müdiri Pərviz İslamov, Wside şirkətinin təsisçisi Bilgehan Aygün çıxış edib.

Açılış nitqinin ardından  .. Anar Məmmədovun moderatorluğu ilə “Saleforce ilə CRM həlləri” mövzusunda panel müzakirəsi start götürüb. Paneldə spiker qismində Bulutistan şirkətinin Mərkəzi Asiya, Azərbaycan və Gürcüstan ölkə müdiri Samir Nuriyev, Wside şirkətinin baş icraçı meneceri Tuncay Çelebi, Azercell şirkəti SAP Layihə Meneceri Emre Oskaylar çıxış ediblər.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında gələcək əməkdaşlıqların inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, tədbirdə müxtəlif sahələri təmsil edən iş adamları və mütəxəssislərdən ibarət 30 nəfər iştirakçı yer alıb.

media-22media-23media-24media-25media-26media-27media-28media-29

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=166759