Məzmuna keç
  • Azeri Light126.16 $▲3.17%
  • Brent neft106.06 $▲0.72%
  • WTI neft97.73 $▲0.67%
  • Avropa qazı (TTF)93.45 €▼10.10%
  • Təbii qaz (ABŞ)2.878 $▼0.21%
  • Qızıl3 931 $▼0.05%
  • Gümüş49.31 $▼0.57%
  • Pambıq77.42 ¢▼0.98%
  • Buğda605.25 ¢▲0.00%
  • Bitcoin76 398 $▼0.36%
  • Ethereum2 241 $▼0.38%
  • S&P 5007 541▼0.52%
17°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Cəmiyyət

Sürət həddini aşan sürücülərlə bağlı hansı tədbirlər görülməlidir?-EKSPERTDƏN AÇIQLAMA

image-elmeddin-muradli
Elməddin Muradlı
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Son günlər yüksək sürətin səbəb olduğu avtoqəzalarda baş verən ölüm hallarının şahidi oluruq. Demək olar ki,  hər gün yol-nəqliyyatı hadisəsi xəbəri alırıq.  Bəs, sürət həddini aşan sürücülərlə bağlı hansı tədbirlər görülməlidir ki, bu cür hadisələr baş verməsin?

Məsələ ilə bağlı avtoekspert Elməddin Muradlı fikirlərini Busaat.az-la bölüşüb.

E.Muradlının fikrincə, avtoqəzaların baş verməsində yüksək sürətin olmasının böyük payı var. Bunun qarşısının alınması üçün də müəyyən mexanizmlər mövcuddur ki, bunlardan ən birincisi sürət həddini ölçən radar qurğuları və sürücülər barəsində inzibati tənbeh tədbirləridir. Ancaq görünür ki, bu, yetərli deyil. Çünki bir çox sürücülər radarların yerini bildiyi üçün radara çatanda sürəti azaldır və radarı keçdikdən sonra yenidən sürət həddini aşırlar.

“Mən dəfələrlə təklif etmişəm ki, bu sürət rejiminə nəzarət məsələsini bir az sərtləşdirmək lazımdır. Məsələn, stasioner radarlar mobil radarlarla əvəz olunmalıdır. Tez-tez yeri dəyişdirilsə, sürücülər də özlərində məsuliyyət hiss edərlər. Dünyanın bir çox ölkələrində artıq bu variantlar tətbiq olunur. Əsasən də sürət həddini aşan sürücülərə qarşı mübarizədə bu mexanizmlərdən istifadə edirlər. Əvvəlcədən xəbərdarlıq işarəsi qoyulmur, radarlara da yanaşma fərqli olur. Yəni sürücülər artıq başa düşürlər ki, yol-hərəkəti qaydalarını pozsalar, onlar cərimələnəcəklər. Bundan əlavə, onların sürücülük hüququnun məhdudlaşdırılması halı da baş verə bilər”,- avtoekspert söyləyib.

E.Muradlı bildirib ki, yol-hərəkəti qaydalarını pozan sürücülər psixoloji testdən keçmək üçün psixoloqa yönlədirilməlidir və onların qarşısına daha sərt şərtlər qoyulmalıdır. Belə olduğu halda, sürücü də başa düşür ki, sürətə görə tutulsalar, onları çox ağır cəzalar, cərimələr gözləyir.

“Bu baxmdan düşünürəm ki, biz müasir dövrdə ən yeni nəzarət mexanizmlərindən istifadə etməliyik ki, sürət həddinin aşılması və digər yol-hərəkət qaydalarının pozulması çox baş verməsin və qəzalar olmasın”,- avtoekspert əlavə edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=118061