Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft106.15 $▲0.81%
  • WTI neft98.12 $▲1.07%
  • Avropa qazı (TTF)96.84 €▲3.63%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.49%
  • Qızıl3 919 $▼0.37%
  • Gümüş49.08 $▼1.04%
  • Pambıq77.22 ¢▼0.43%
  • Buğda606.25 ¢▲0.17%
  • Bitcoin77 020 $▲0.45%
  • Ethereum2 265 $▲0.68%
  • S&P 5007 541▼0.52%
19°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Dünya

Suriya erməniləri Ermənistana qayıdacaqlar

image-halep
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Dekabrın 14-də Dəməşq-İrəvan reysi planlaşdırılır və Suriya ermənilərinin ilk qrupu Ermənistana gələcəklər”.

Busaat.az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın Diasporla İş üzrə Baş Komissarının repatriantların inteqrasiyası şöbəsinin rəhbəri Hovhannes Aleksanyan deyib.

Onun sözlərinə görə, noyabrın 30-da şəhərin Suriya hökumət əleyhinə qüvvələrinin nəzarətinə keçməsindən sonra Hələbdəki mövcud vəziyyət gərginləşib. Buna görə də bəzi erməni ailələri ikinci dərəcəli yollarla şəhəri tərk edə biliblər:

“Hazırda Hələbdə 10-12 minə yaxın erməni yaşayır. Onlar əsasən üç bölgədə yerləşirlər: Nor Güx, Əziziyyə və Süleymaniyə. Digər bölgələrdə də ermənilər var. Diasporla İş üzrə Baş Komissarın Aparatının repatriantlarla inteqrasiya şöbəsi yerli dövlət qurumları və Ermənistanın Suriyadakı səfirliyi ilə əlaqə saxlayır. Hazırda səfirlikdə ermənilər üçün qaynar xətt açılıb”.

Zeyd Bağırzadə

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=154912