Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 964 $▲0.31%
  • Ethereum2 242 $▲0.30%
  • S&P 5007 377▲0.27%
17°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Gündəm

Sürücüləri narazı salan dövlət qurumları: "Nəqliyyat sektoruna yaraşmayan bir vəziyyətdir"

image-etiraz_foto
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün Bakıda 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlayıb. Sürücülər gecədən etibarən maşınlarını yolda saxlayıblar. “R-Group” şirkətinin sürücüləri yük avtomobillərinin üzərinə bu sözləri yazıblar: “Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!”.

Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Busaat.az–a açıqlamasında bildirib ki, bugünkü aksiya ciddi mesajdır və aidiyyatı qurumlar bu vəziyyətdən dərs çıxarmalıdır:

image-aslan

“Bu gün baş verən etiraz aksiyası xoşagəlməz haldır. Bu, ölkənin nəqliyyat sektoruna yaraşmayan bir vəziyyətdir. Nəqliyyat sektorunda problem təkcə sürücülərlə bağlı deyil. Çünki idarəetmə sistemində müəyyən nöqsanlar mövcuddur. Dövlət hər hansısa qurum yaradanda daha çevik və keyfiyyətli idarəetməni nəzərdə tutur. Təəssüf ki, əksər məmurlar bu prinsiplərə əməl etmirlər. Ümid edirəm ki, məlum etiraz aksiyası bir mesaj olacaq və səlahiyyətli şəxslər bundan sonra məsuliyyətli davranacaqlar”.

Busaat.az 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=71494