Azərbaycanda yeni növ radarlar quraşdırılır. Sürət həddinin tez – tez aşıldığı ərazilərdə artıq qurğular yerləşdirilərək istifadəyə verilib.
Quraşdırılan tablolarda maşının nömrəsi və sürət həddi göstərilir.
Baş Dövlət Yol Polisi İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, elektron tabloların quraşdırılmasında məqsəd sürət həddini aşan sürücülərin əvvəlcədən xəbərdar olunması və qaydalara əməl edilməsidir.
Qeyd edək ki, bu cür lövhələrin digər ərazilərdə də quraşdırılması üçün işlər davam etdirilir.