Məzmuna keç
  • Brent neft104.23 $▼5.24%
  • WTI neft96.26 $▼4.49%
  • Avropa qazı (TTF)93.45 €▼10.10%
  • Təbii qaz (ABŞ)2.864 $▼1.48%
  • Qızıl3 957 $▲1.19%
  • Gümüş50.71 $▲1.25%
  • Pambıq77.42 ¢▼0.98%
  • Buğda606.00 ¢▲0.54%
  • Bitcoin76 787 $▼1.84%
  • Ethereum2 252 $▼0.88%
  • S&P 5007 541▼0.52%
14°Bakı
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
Gündəm

Tahir İmanov: "Cabir gəlib dedi ki, ailəmi sənə tapşırıram..." - VİDEO

image-2025-09-30-14-14-45hsdrpshmcxz6abi93cxl_file
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Düz 49 il biz Cabirlə gözəl həyat yaşadıq. 49 ildir sənətdə idi, amma o doğrudan da çox böyük ömür yaşadı – zəngin, dolu, işıqlı, ilk vaxtlarda qayğısız… Valideynlərimizin sayəsində qayğısız, Şuşalı, Şuşasız günlərimizi yaşadıq və yenidən şükürlər olsun ki, Şuşalı günlərimizi yaşadıq”.

Bakupost.az xəbər verir ki, bu sözləri qardaşının vida mərasimində çıxış edən Tahir İmanov deyib.

“Biz həyatın mənası barədə çox danışmışdıq. Baxmayaraq ki, bəzi qüvvələr bizi, Cabiri bir az pis, mənfi tərəfdən göstərmək istəyirdilər, amma bir misal var: Allah kimi ucaldarsa, onu heç kim alçalda bilməz. Cabir belə insanlardan idi. Nümunəvi vətəndaş, nümunəvi ata, nümunəvi oğul, nümunəvi nəvə idi. Çoxları elə bilir ki, o məndən böyük olub, amma mən ondan 2 yaş böyük olmuşam və ondan çox şey öyrənmişəm. Bəlkə də buna görə həyatının son illərində məndən qabağa getdi. Söhbət bu gözəl binadan gedir və ona dövlət tərəfindən həvalə olunan çox məsuliyyətli və eyni zamanda şərəfli vəzifədən gedir”.
T.İmanov vurğulayıb ki, istər “KVN”-li, istər “KVN”-dən sonrakı illərdə onların həyatının mənası yalnız Şuşa olub:

“Çünki təməlimiz bəstəkar Süleyman Ələsgərov tərəfindən belə qoyulmuşdu. Eşq olsun bizi Qarabağa gətirən, müzəffər Ali Baş Komandanımıza. İnanın ki, müharibə başlayan gün Cabir özünə yer tapa bilmirdi. Bunu birinci dəfədir açıqlayıram. Anam da, atam da buradadır. Gəldi dedi ki, ailəmi sənə tapşırıram, mən müharibəyə gedirəm. Bunu həmin o insanlara, həmin o jurnalistlərə deyirəm, bizim dalımızca danışırdılar, deyirdilər ki, “siz kefdəsiniz, amma camaat orda savaşır”. Bəli, camaat savaşır, bəs siz hardan bilirsiniz Cabirin ürəyində nələr var idi? Dedim,Cabir, sən necə deyirsən, elədir. Getdi. Amma dövlətimiz dedi ki, hələ sənin növbən gəlib çatmayıb, Cabir, sən gözləməlisən. Ondan xəbərsiz mən də getdim, amma ona heç nə demədim, çünki bilirdim ki, nəsə olsa, mütləq mənim ailəmə başçılıq edəcək. Biz belə böyümüşük”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=173262