Tehran Orucoğlu: “Aİ-nin təşəbbüsü regionda yeni reallıq yaradacaq”

image-save_20211120_150234backend

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığından sonra 15 dekabrda Brüsseldə Aİ və Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüş keçirməyə razılıq veriblər.

Bu barədə Avropa İttifaqının açıqlamasında qeyd olunub.

Bəs dekabrın 15-də nə dəyişəcək?

Siyasi şərhçi, journalist Tehran Orucoğlu “Busaat.az”-a açıqlamasında bildirib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında körpü rolunu oynamağı çoxdan arzulayırdı. Ermənistanın son təxribatları zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı da bunun nümunəsidir.

“Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. kimi müxtəlif çərçivələrdə inkişaf etdirir. 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə nəzər yetirməyimiz kifayətdir. Saziş siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədiyyət sahəsində əməkdaşlığı əhatə edir.

1998-ci il tarixində Aİ Azərbaycana xüsusi elçisini təyin, 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilir. Vətən müharibəsindən sonra, bu ilin iyulun 18-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana rəsmi səfəri Azərbaycan və Aİ arasında münasibətlərin daha da dərinləşməsinin göstəricisi idi. Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşü özündə bir çox nüansları ehtiva edirdi.

Əslində işğaldan azad edilən Azərbaycan torpaqlarında Avropa İttifaqınında iqtisadi maraqları olduqca böyükdür. Problemin həlli, delimitasiya və demarkasiya prosesin tez başa çatması, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması Aİ ölkələrinədə sərf edir.

Bunları nəzərə aldığımızda Aİ-nin ölkə başçılarının görüşməsi və ortaq məxrəcə gəlməsi üçün atdıqları addımları anlamaq mümkündür. Bu Azərbaycanında maraqlarına cavab verir. Azərbaycan onsuzda sərhədlərin müəyyən edilməsi və sülh müqaviləsinin tez bir zamanda imzalanmasını dəstəkləyir və bunun üçün addımlar atır. Düşünürəm ki, ölkə rəhbərləri üçün Avropa İttifaqının yaratdığı şərait prsoselərin sürətlənməsində olduqca vacibdir. Bu gün Azərbaycan söz sahibidir. Nə Avropa İttifaqı, nə Rusiya nə də başqa bir ölkə Azərbaycana diqtə edə bilməz. İstər Rusiya, istər Avropa İttifaqı ölkələridə Azərbaycanın yürütdüyü siyasəti dəstəkləyir. Çünki regionda münaqişəni qorumaq yox, iqtisadi əlaqələrin inkişafı, yeni nəqliyyat dəhlizlərinin işə düşməsi bu ölkələrin maraqlarına daha çox xidmət edir”.

Sülh müqaviləsi imzalanacaq?

“Proseslər, siyasi gedişlər hər an dəyişir. Lakin, düşünürəm ki, ölkə rəhbərlərinin görüşü sülh müqaviləsinin imzalanması üçün “start” rolunu oynayacaq. Sülh müqaviləsi üçün müqavilə şərtləridə olduqca vacibdir. Əgər Ermənistan iddialarından əl çəkəcəyi, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın maraqlarını dəstəkləyən müddəanı qəbul edəcəksə biz o zaman Sülh müqaviləsini bağlaya biləcəyik. Təbii ki, revanşist qüvvələr aktivliyini qoruyur. Burada yük daha çox Nikol Paşinyanın üzərinə düşür. Bu gün Ermənistan reallığının da başqa bir variant yoxdur. Çünki son təxribatlarda KTMT və digər ölkələri münaqişəyə cəlb etmək planları da iflasa uğrayıb. Bütün kartları açıblar. Reallıq odur ki, onlar bu oyunun məğlub oyunçularıdır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki