Tehran Orucoğlu: “Paşinyan sülh masasına yaxınlaşır”

image-64f96cff-f6a7-437e-a13f-6acfad7f8743backend

Noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində Azərbaycana qarşı törətdiyi genişmiqyaslı təxribatlar özündə bir çox məsələləri cəmləyib. Qərblə rəsmi Moskva arasında qalan Paşinyan bir tərəfli mövqe sərgiləyə bilmir.

Siyasi analitik, jurnalist Tehran Orucoğlu Busaat.az-a  açıqlamasında bildirib ki, daxili auditoriya, qərb və rəsmi Moskva arasında qalan Nikol Paşinyan hər üç tərəfi məmnun etməlidir. Eyni zamanda məğlub ölkə fonunda delimitasiya və demarkasiya prosesinin ləngiməsində maraqlı olan baş nazir xalqdan xal qazanmaq üçün “güclü Ermənistan” mifini davam etdirmək istəyir.
“Baş verən proseslər Paşinyanla yanaşı daxildəki revanşist qüvvələrin aktivliyi ilə də sıx bağlıdır. Hakimiyyətə gəlmək istəyənlərin kimliyi onu göstərir ki, bu şəxslər Azərbaycanın torpaqları işğal altında olduğu müddətdə hakimiyyətdə olanlardır. Rusiya meylli hesab edilən Köçəryan və Sarkisyan kimilərinin siyasətindən bezən xalq isə məğlub rəhbərliyi ikinci dəfə postda görmək istədi. Çünki digərlərinin siyasətindən yorulan erməni xalqı çox yaxşı anlayır ki, Köçəryan və Sarkisyanın hakimiyyətdə olması Ermənistanın inkişafına başlıca təhdiddir. Lakin bu, radikal “siyasətçilərin” tərəfdarları olmadığı anlamına da gəlmir. Bu gün paşinyan yalnız öz tərəfdarlarını deyil, ümumiyyətlə xalqı məmnun etməlidir. Xalqın bir hissəsi isə Rusiyanın çətirindən istifadə etmək istəyir. Azərbaycanın səbri ilə “oynayaraq” KTMT-ni əraziyə cəlb etmək istəyən Paşinyan bunun üçün də dəridən-qabığdan çıxır. Rusiyada öz növbəsində Ermənistana dərsini vermək niyyətindədir, kənar oyunçu kimi”.

Nə baş verəcək?

“Növbəti həmlələri uğursuzluğa düçar olan Ermənistan delimitasi və demarkasiya prosesində iştirak edib, tez bir zamanda imzalanma masasında oturacaq. Bunu etməyəcəyi təqdirdə isə baş verəcək proseslər Ermənistanın tam əleyhinə olacaq. Zəngəzur dəhlizinin açılması isə yaxın tarixlərdə həllini tapacaq. Bundan sonra sülh müqaviləsinin imzalanması isə istisna edilmir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki