TEKNOFEST sayəsində gənclərin texnologiyaya marağı artır – Rəşad Nəbiyev

image-99553cc51c40d207b31eb7d4381fa648backend

Dünyanın ən böyük texnologiya festivalı “Texnofest-2022”-nin mətbuat konfransı keçirilib. 

Busaat.az xəbər verir ki, bu ilin 26 – 29 may tarixlərində ilk dəfə olaraq Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına dair mətbuat konfransında Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, TEKNOFEST Müşahidə Şurasının sədri və Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) rəhbəri Selçuk Bayraktar festivalla bağlı məlumat verib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirilib ki, TEKNOFEST Türkiyədə Sənaye və Texnologiya Nazirliyinin və T3 Vakfının birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir: “Festivalın keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat və ətraf mühitin qorunması kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

“Bakı Kristal Zalı” və Dənizkənarı Bulvar ərazisində keçiriləcək festival türk və azərbaycanlı pilotların təqdimatında aviaşou, yarış və müsabiqələrin möhtəşəm final mərhələləri, sərgilər, əyləncəli attraksionlar, Azərbaycan və Türkiyə aviatexnikasının nümayişi, “TAKE OFF” Azərbaycan startap sammiti, konsert proqramı və digər sürprizlərlə yadda qalacaq”.

O qeyd edib ki, TEKNOFEST sayəsində gənclərin texnologiyaya marağı artır və bacarıqları ortaya çıxır.

“44 günlük müharibənin əsas simalarından birinə çevrilən “Bayraktar” gənclərin elmə, texnologiyaya olan kütləvi axınının göstəricisidir. “Teknofest”in Azərbaycanda keçirilməsi gənclərimizin texnologiyaya olan marağına, sevgisinə öz töhfəsini verəcək”, – deyə nazir əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90