Teleqram istifadəçilərinin diqqətinə!

image-millions-flock-to-signal-and-telegram-after-facebook-outagebackend

Teleqramın yaradıcısı Pavel Durov sosial platformanın məxfilik siyasətində yenilənmə edildiyini açıqlayıb.

Busaat.az xəbər verir ki, o, bu barədə şəxsi teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, bundan sonra teleqram messencerinin qaydalarını pozan şəxslərin məlumatları əsaslandırılmış hüquqi sorğulara cavab olaraq müvafiq qurumlara açıqlana bilər.

“Cinayətkarların teleqramın axtarışından sui-istifadə etmələrinin qarşısını almaq üçün xidmət şərtlərimizi və məxfilik siyasətimizi yenilədik. Siyasətimizi pozanların IP ünvanları və telefon nömrələrinin hüquqi sorğulara cavab olaraq müvafiq orqanlara açıqlana biləcəyini bildiririk”, – Durov qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki