Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 051 $▼0.09%
  • Ethereum1 785 $▲0.96%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Son dəqiqə

Televiziyanın yayımı Tolikin bu görüntülərinə görə DAYANDIRILIR - VİDEO

image-1493270
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.Şuradan Busaat.az-a verilən məlumata görə, iclasda son günlər geniş müzakirə olunan, yeniyetmə qızların bir-birinə təhqiredici davranışlarını əks etdirən videogörüntülərin televiziya efirlərində nümayişi ilə bağlı vəziyyət müzakirə olunub. Bu xüsusda, 20 fevral 2024-cü il tarixdə “MTV” televiziya kanalının efirində 12.00–15.00 arası yayımlanan “Tarixin bir günü” proqramında həmin mövzunun işıqlandırılması zamanı “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir); 14.1.9-cu (böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir) və 15.1.5-ci (yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına media subyekti və jurnalist tərəfindən yol verilmir) maddələrinin tələblərinin pozulması faktları müzakirə edilib.

Sözügüdən proqramın yayımı zamanı yeniyetmə qızlardan birinin digərinə qarşı nalayiq və təhqiredici hərəkətlərini həmin qızın doğulduğu məkanla əlaqələndirilməsi və bununla da həmin yaşayış məntəqəsində məskunlaşanlara ayrıseçkilik təbliğ olunaraq onların təhqir olunması, habelə həmin nalayiq hərəkətləri edən yeniyetmə qızın üzünün açıq göstərilməsi halları qanunvericiliyin tələblərinin birbaşa pozuntusu kimi qiymətləndirilib.

Audiovizual Şura üzvlərinin yekdil fikri ilə bu pozuntulara yol vermiş “MTV” televiziya kanalının efirinin müvəqqəti (27 fevral 2024-cü il tarixdə, saat 09.00-dan 17.00-dək 8 saat müddətinə) dayandırılması haqqında qərar qəbul olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=135723