Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft94.01 $▼1.32%
  • WTI neft87.35 $▼1.12%
  • Avropa qazı (TTF)86.58 €▼4.81%
  • Təbii qaz (ABŞ)3.165 $▲0.22%
  • Qızıl3 868 $▼0.05%
  • Gümüş47.16 $▼0.34%
  • Pambıq81.34 ¢▲3.03%
  • Buğda590.00 ¢▲0.55%
  • Bitcoin64 424 $▼1.36%
  • Ethereum1 819 $▼0.87%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Hərbi

Təlimdə şərti düşmənin "İsgəndər" və "Toçka-U" taktiki raket kompleksləri məhv edildi

image-1698131372_2b3e1d2c-fcea-475f-a9e2-127debd30246
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Müdafiə Nazirliyi Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunan “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi ilə bağlı mediatur təşkil edib.

Busaat.az xəbər verir ki, təlimlərdə Azərbaycan və Türkiyə hərbçiləri şərti düşmən hədəflərini məhv edib.

Təlimlərdə F-16 qırıcı təyyarələri və digər hücum helikopterlərindən, “Bayraktar TB-2” vasitəsilə şərti düşmənin “İsgəndər” və “Toçka-U” taktiki raket komplekslərinin məhv edilməsi imitasiya edilib.

Daha sonra tank əleyhinə idarəolunan raket kompleksləri və T-90 tankları tərəfindən şərti düşmənin 1-ci eşalonda yerləşən zirehli döyüş maşınları və mövqeləri məhv edilib. KMM-lərə, canlı qüvvə və atəş vasitələrinə artilleriya tərəfindən kütləvi atəş zərbələri endirilib.

Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyə milli müdafiə naziri Yaşar Gülər birgə taktiki təlimi izləyir. Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin rəisi general-mayor Jumabek Axmetov və Özbəkistan Respublikasının müdafiə nazirinin döyüş hazırlığı üzrə müavini polkovnik Kadirjon Tursunovun rəhbərlik etdiyi nümayəndə heyətləri, eləcə də Türkiyənin müdafiə sənayesi sahəsində çalışan bir neçə şirkət rəhbəri və nümayəndəsi “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edirlər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=125867