“Ermənistanın humanitar atəşkəsə “sadiqliyi” tamamilə riyakarlıqdır”.
Busaat.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında bildirib.
“Səhər saatlarından etibarən Tərtər şəhəri ağır artilleriya hücumuna məruz qalır. 100-dən çox top mərmisi şəhəri və kəndlərini vurdu. Bir mülki şəxs öldürülüb, 6 mülki vətəndaş yaralanıb. Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın “Stalinqrad”ıdır”, – deyə H. Hacıyev qeyd edib.