COP29 çərçivəsində “Schneider Electric” şirkətinin Beynəlxalq əməliyyatlar üzrə icraçı vitse-prezidenti Maniş Pant və şirkətin Türkiyə və Mərkəzi Asiya üzrə prezidenti İsmayıl Yamangil bu gün “AzərEnerji” ASC-nin “yaşıl zona”da yerləşən pavilyonunda olublar.
Busaat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, daha sonra qonaqların “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə görüşü olub.
Görüşdə mövcud əlaqələr və perspektiv layihələr ətrafında müzakirələr aparılıb.
Sonda “Schneider Electric” və “Azərenerji” ASC arasında bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası, enerji monitorinqi, planlaşdırma və digər sahələri əhatə edən anlaşma memorandumu imzalanıb.